Qərb mediası təxribat xarakterli suallarla Moskva ilə İrəvan arasında çoxşaxəli münasibətlərə maksimum zərər vurmağa çalışır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

Siyasətçi Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamalarına istinad edib: "Əgər Ermənistan hakimiyyəti KTMT müşahidəçilərinin yerləşdirilməsinə razılıq versəydi, bir sıra problemlərin qarşısını almaq olardı. Əvəzində Ermənistan hökuməti sırf Brüsselin maraqları naminə monitorinq adı altında Rusiya və İrana qarşı məlumat toplamaqla məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu".

O bildirib ki, Rusiya Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini tam üçtərəfli görüş üçün qəbul etməyə hazırdır.

Ağarza Elçinoğlu