"2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Tbilisi İpək Yolu Forumu”nda çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə,  2024-cü ildə layihənin tam texniki-iqtisadi tədqiqi aparılacaq, həmçinin sualtı elektrik kabelinə paralel olaraq fiber optik kabel də Cənub-Şərqi Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək, Gürcüstan vətəndaşları isə artıq daha sürətli və sabit internetə çıxış əldə edəcəklər.

“Bundan başqa, Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək ki, bu da Gürcüstanı Rumıniya və Bolqarıstanla birləşdirəcək və xüsusən də orta dəhliz boyu beynəlxalq daşımaları gücləndirəcək. Həmçinin Qara dənizdə nəqliyyat marşrutlarının rəqəmsallaşdırılması bu dəhlizin inkişafı üçün növbəti addımdır”, - Baş nazir bildirib.