"Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla çox gözəl söhbətim oldu".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Twitter-də yazıb.

Hökumət başçısının sözlərinə görə, görüşdə ikitərəfli və regional əməkdaşlıq, eləcə də sülh prosesinə töhfə verməyə hazır olduğumuz müzakirə edilib.

 “Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla çox yaxşı söhbətim oldu.

Biz ikitərəfli və regional əməkdaşlığı, həmçinin sülh prosesinə töhfə verməyə hazır olduğumuzu müzakirə etdik.

Gürcüstan və Ermənistan arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, - baş nazir bildirib.