İsrail hərbçiləri Fələstinin radikal HƏMAS təşkilatının kəşfiyyat xidmətinin komandirlərindən biri Şadi Barudu öldürüb.

"Unikal" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti oktyabrın 7-də törədilən qətliamın planlaşdırılmasına cavabdeh olan HƏMAS kəşfiyyat departamentinin rəis müavinini öldürüb”, - məlumatda deyilir.