X (Twitter) sosial şəbəkəsinin sahibi  İlon Mask bildirib ki, istifadəçilər audio və video zənglər edə biləcəklər.

"Unikal" xəbər verir ki, bu barədə o,  sosial şəbəkədəki səhifəsində məlumat verib .

Mask video və audio zənglərin ilkin versiyasının istifadəçilər üçün əlçatan olduğunu vurğulayıb.

Qeyd olunur ki, funksiya hazırda yalnız iOS istifadəçiləri üçün əlçatandır. Bu seçimin standart olaraq aktiv ediləcəyi dəqiqləşdirilir. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə biləcəklər.

Bundan əvvəl məlum olub ki, Mask Avropada X sosial şəbəkəsini (keçmiş Twitter) bloklamaq istəyir.