Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto oktyabrın 27-də Ermənistana işgüzar səfərə gələcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyində Ararat Mirzoyan və Peter Szijarto arasında görüş, ardınca isə onların birgə mətbuat konfransı keçiriləcək.