"Ermənistan siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazırdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən "İpək yolu" forumunda bildirib.
“Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. Çünki o vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizə qaz vermək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, - Vardanyan bildirib.
Nuranə Abbasova