ABŞ Suriyada İranın istifadə etdiyi iki obyektə zərbələr endirib. Bu qərar Amerikanın hərbi mövqelərinə silsilə hücumlara cavab olaraq qəbul edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

Ostin vurğulayıb ki, iranpərəst qruplar ABŞ hərbçilərinə hücum etməyə davam edərsə, ABŞ “lazımi tədbirləri” görəcək.

Onun sözlərinə görə, ABŞ-nin Suriyadakı İran hədəflərinə endirdiyi hərbi zərbələr özünümüdafiə xarakteri daşıyır və  İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişə ilə bağlı deyil.

Gülayə Mecid