Ukrayna Ali Radasının Regionlar Partiyasından keçmiş xalq deputatı Oleq Tsarevin güllələnib. 

"Unikal" xəbər verir  ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik ” Zaporojye hərəkatının sədri Vladimir Roqov teleqram kanalında yazıb. 

Onun sözlərinə görə, Tsarevin vəziyyəti çox ağırdır və o, hazırda reanimasiyadadır.

İlkin məlumata görə, hücum keçmiş deputatın evinin yaxınlığında baş verib. Naməlum şəxslər Oleqə atəş açıblar. 

İyul ayında SBU Ukrayna Ali Radasının Regionlar Partiyasından olan keçmiş deputatları Oleq Tsarev, Dmitri Svyataş və İqor Markova qarşı qiyabi ittiham irəli sürüb.

Gülayə Mecid