ABŞ-ın Texas ştatında iki şəxsi təyyarə havada toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə "AviaNews" teleqram kanalı məlumat yayıb.
İnsident Hyuston hava limanında baş verib. İki şəxsi təyyarədən biri qanadının ucu ilə digərinin quyruğuna dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Pilotlar təyyarəni hava limanına qaytararaq təhlükəsiz endirə biliblər.