"Şərq-Qərb dəhlizi Çindən Avropaya yüklərin tranziti üçün ən mühüm marşrutlardan biridir və qlobal yol qovşağı kimi İran bu dəhlizin bir hissəsində yerləşir".
"Unikal" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib:
"Şərq-Qərb marşrutu Çin, Orta Asiya, Azərbaycan, İran, Naxçıvan, Türkiyə və Avropanı əhatə edir. Yeri gəlmişkən, İran ərazisi ən yaxşı, ən qısa və ən təhlükəsiz yoldur".
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bununla bağlı deyib: "Araz keçidinin tikintisi Şərq-Qərb marşrutunu tamamlayacaq və beynəlxalq dəhlizə çevriləcək".
İranın İnfrastruktur Tikintisi Şirkətinin baş direktoru Xademi isə bildirib: “Araz dəhlizi” kimi tanınan Şərq-Qərb infrastrukturu Azərbaycandan gələn və İrandan keçərək Türkiyə və digər ölkələrə birləşməsini nəzərdə tutur.
Araz çayı üzərində iki ölkəni birləşdirəcək Ağabənd körpüsünün tikintisi Şərq-Qərb marşrutu üzrə Araz keçidinin tamamlanması istiqamətində görülən tədbirlərdən biridir".
Bu arada, İranın Azərbaycanla sərhədləri bu keçidin magistral yolu kimi Şərq-Qərb keçidinin ən mühüm marşrutlarından biri hesab edilir və iki ölkənin nəqliyyat sahəsində infrastrukturunun gücləndirilməsi məqsədi ilə tamamlanacaq.