Fələstinin HƏMAS hərəkatı bəyanat yayaraq, İsrailin Qəzza zolağının bombardmanını dayandırmaq üçün “təcili tədbirlər görməyə” çağırıb.
"Unikal" xəbər verir ki, Həmas Qəzza zolağında beş günlük atəşkəs müqabilində yalnız “mülki girovları” azad etməyə hazır olduğunu, İsrail əsgərlərinin isə həbs edilmiş üzvləri ilə mümkün mübadilə şərti ilə əsirlikdə qalacağını açıqlayıb.
“Biz ərəb və müsəlman ölkələri və beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə və xalqımıza qarşı silsilə cinayətlərin və zorakılığın dayandırılması üçün təcili tədbirlər görməyə çağırırıq”, - AFP hərəkatın bəyanatından sitat gətirib.
Fələstinin Həmas hərəkatı girov götürülmüş bütün mülki vətəndaşları azad etməyə hazırdır, lakin İsrailin davamlı atəşi bunun qarşısını alır.
Bundan əvvəl hərəkatın siyasi bürosunun üzvü, HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Musa Əbu Mərzuk da bütün mülki şəxsləri azad etməyə hazır olduqlarını bildirmişdi.
“Biz bütün mülki şəxsləri azad etməyə hazırıq, lakin onlara açıq şəkildə bildirdik ki, yerdəki şərait buna imkan vermir”, - deyə Marzuk bildirib.
Onun sözlərinə görə, bölgədə istənilən təhlükəsiz hərəkəti qeyri-mümkün edən intensiv bombardmanlar, qırğınlar və dağıntılar baş verir. Həmas rəsmisi onu da əlavə edib ki, Moskvanın rus girovlarının azad edilməsi ilə bağlı müraciətləri digər ölkələrlə müqayisədə daha diqqətlə nəzərdən keçirilir. O qeyd edib ki, israillilərin əksəriyyəti ikili vətəndaşdır.