Cənubi Afrika Respublikasında (CAR) övladları məktəbdən yayınarsa, valideynlər həbs olunacaqlar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yeni əsas təhsil qanunvericiliyinə əsasən, övladlarının dərsdən yayınması halında valideynləri 12 aya qədər həbs gözləyir. Oxşar cəza övladını məktəb yaşına çatanda məktəbə yazdırmayan valideynlər üçün də tətbiq ediləcək.
Yeni qanun həm də məktəblərdə cismani cəzanı tamamilə qadağan edir.
Qeyd edək ki, CAR məktəblərində cismani cəza 1997-ci ildə ləğv edilib, lakin müəllimlər hələ də bir çox məktəblərdə ondan istifadə edirlər.
Nuranə Abbasova