Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olan 32 nəfərin cəsədi aşkarlanıb.

"Unikal" Kazinform agentliyinə istinadən xəbər verir ki, xilasedicilər daha 14 şaxtaçının axtarışlarını davam etdirirlər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Prezident qeyd edib ki, qəzanın səbəbi aydınlaşdırılacaq, yaralananların və həlak olanların ailələrinə lazımi kömək göstəriləcək.

***13:46

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.

***11:22

Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

"Unikal" Kazinform agentliyinə istinadən xəbər verir ki, 23 şaxtaçını hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.

Hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.

***09:53

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib. 

Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.