Gələn il əmək pensiyalarının orta aylıq məbləği 492,3 manat olacaq.
"Unikal" xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində qeyd olunub.
Rəyə əsasən, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ilin sonuna 435 manat, 2024-cü ildə 492 manat, 2025-ci ildə isə 511 manat olacağı proznozlaşdırılır.