Ermənistan parlamentinin "Mülki müqavilə" fraksiyasının deputatı Akob Aslanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Erməni deputat "Qarabağ məsələsinin artıq həll olunduğunu" deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrova haqqında deyib:? "Lavrov xalqı gedib “Lavrov siyahılarını” qurutsun. Ən böyük rolu o oynadığına görə, ümumiyyətlə, Rusiya faktorundan danışmayaq. Lavrovlar və Zaxarovalar öz işləri ilə məşğul olsunlar. Ermənistanla Rusiya arasında heç bir qədim dostluq yoxdur".

Ağarza Elçinoğlu