Ayətullahın rejimi nasist rejimi ilə eynidir və onun ordusuna Həmas, Fələstin İslami Cihad, Hizbullah, Husilər, İnqilab Keşikçiləri və digər qəddar cihadçılar daxildir.
"Unikal" xəbər verir ki, bunu İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan deyib.
O, İslam Respublikasının liderini nasistlərin lideri Adolf Hitlerə bənzədib: "Əli Xamenei regionda və onun hüdudlarından kənarda ifrat şiə hegemonluğunu yaymağa çalışır".
İsrailin BMT-dəki səfirinin sözlərinə görə, "elit" adlandırılan HƏMAS dəniz piyadaları korpusunun terrorçuları nasist Almaniyasındakı "Einsatzgruppen" kimi yəhudilərin məhv edilməsinə yönəliblər.
Ağarza Elçinoğlu