"Ənsar Allah" hərəkatının (husilər) yəmənli üsyançılarla toqquşmasından sonra Səudiyyə Ərəbistanının silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, belə bir əmr üsyançıların bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib. Lakin raket hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

Qərarın digər səbəbi Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.