Rəsmi İrəvan təsdiq edir ki, Ermənistan Roma Statutunun ratifikasiyası prosesi ilə bağlı Rusiya tərəfindən tövsiyələr alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. 

Məlumata görə, İrəvan həmin tövsiyələrə cavab verib. Lakin nazirlik söhbətin hansı tövsiyələrdən getdiyini açıqlamayıb: "Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyası prosesi ilə bağlı Rusiya tərəfinin verdiyi tövsiyələr kontekstində Ermənistan tərəfi Rusiya Federasiyasının narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli sazişin bağlanması təklifi ilə çıxış edib. Bununla bağlı Rusiya tərəfindən Ermənistan tərəfinə heç bir rəsmi yazılı cavab verilməyib".

Ağarza Elçinoğlu