“Atəşkəs olmasa, başqa qruplar müharibəyə girəcək”

"Unikal" xəbər verir ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaraya səfər edən iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi birgə mətbuat konfransında deyib: 

“Atəşkəs olmasa, başqa qruplaşmalar da müharibəyə qatılacaq və müharibənin miqyasını genişləndirmək regiona heç bir fayda verməyəcək”. 

İran-Türkiyə əlaqələrinə də toxunan Hakan Fidan bildirib: 

“Türkiyənin İranla əlaqələri inkişaf edir. Mən son aylarda iki dəfə İrana səfər etmişəm və İran prezidenti İbrahim Rəisinin də Türkiyəyə səfəri planlaşdırılır”.