"Müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir. Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bu risklər fonunda Beynəlxalq Valyuta Fondu cari ilin oktyabr hesabatında qlobal iqtisadi artımı 2023-cü il üzrə 3 faiz, 2024-cü il üzrə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırılıb", - deyə nazir bildirib.
Nazir qeyd edib ki, cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alınıb:"Qeyri-neft qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir. Cari ildə qeyri-neft qaz ixracında 11 faiz artım müşahidə edilib".
Anar Kəlbiyev