"Azərbaycanda cari ilin 9 ayında inflyasiya nisbətən zəifləyib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycanın tərəfdaşlıq etdiyi ölkələrdə inflyasiyanın zəifləməsi, eyni zamanda Azərbaycanda həyata keçirilən anti-inflyasiya tədbirləri nəticəsində ölkədə inflyasiya zəifləyib.
M.Cabbarov qeyd edib ki, son 4 il 9 ay müddətində 340 mindən çox yeni əmək müqaviləsi bağlanıb.
"Pandemiya dövrü də daxil olmaqla, biz ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradırıq. Yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır".
Anar Kəlbiyev