"Xarici dövlət borcumuz 5 milyard ABŞ dolları səviyyəsinə qədər enə bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hazırda bizim xarici dövlət borcu 6,5 milyard səviyyəsindədir: "Digər tərəfdən, ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcumuzun ümumi dövlət borcunda xüsusi çəkisi artsın. Bu, ona görə edilir ki, xarici borclanmadan biz daha çox asılı olmayaq, digər tərəfdən xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq 10 illik istiqrazlar da buraxaq”.
Anar Kəlbiyev