"Əhalinin nominal gəlirlərinə baxdıqda, həmçinin, real effketiv məzənnəyə baxsaq, manatın dəyər itirməsi fikirlə ilə razılaşa bilmərəm".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Baş bankir qeyd edib ki, banklararası bazar yaradılmasına nail olublar: "Likvidlik nəzərdən bank sektorunda təmərküzləşmə mövcuddur. Hazırda bu istiqamətdə Mərkəzi Bankın ayrıca təşəbbüsü var. Biz təmərküzləşməyə qarşı mübarizə aparırıq. Bizim üçün bu prioritet sahədir".
Anar Kəlbiyev