"2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən büdcə müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı və sabit məzənnə nəzərdə tutulur”, -deyə sədr əlavə edib.
Anar Kəlbiyev