"Əhaliyə edilən sosial ödənişlərə gələn ilin icmal büdcəsində 10 %-lik artım nəzərdə tutulub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 900 milyon manatdan artıq vəsait məhz bu istiqamətə yönəlib: “Bunun da böyük hissəsi pensiya təminatı və digər sosial dəstək proqramlarına yönəldilir”.
Anar Kəlbiyev