"İşsizliklə bağlı rayonlarda vəziyyət kifayət qədər gərgindir. Bunu aradan qaldırmaq üçün xeyli iş görmək lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq istiqamətində gördüyü işləri müsbət qiymətləndirsə də, bəzi narahatlıq doğuran məqamlara da toxunub:
“Heç də hamı aldığı aktivləri sona çatdırmaq üçün fəaliyyət göstərmir. Burada koordinasiya məsələsinə toxunmaq istəyirəm. Sizdə elə rəqəmlər varmı ki, verdiyiniz aktivlərin neçə hissəsi aidiyyəti üzrə istifadə olunur?! Misal olaraq, kim ona verilən heyvanı kəsir və bununla da sahibkarlıq bitir. Təklif edirəm ki, bank sistemi ilə əlaqə quraraq aktivlərdən yaxşı yararlananlara aşağı faizlə kreditlər verilsin. Bununla gələcəkdə işsizliyin aradan qaldırılmasına və orta təbəqənin dairəsinin genişləndirilməsinə nail olmaq olar”.
Anar Kəlbiyev