Dövlət Sosial Müdafiə Fondu artıq investisiya fəaliyyətinə başlayıb.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, artıq Fond 800 milyon manat kapital investisiya edib və mənfəətlik dərəcəsi 8 faiz ətrafındadır.
"Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunvericilik paketi hazırlanıb. Aydındır ki, DSMF-nin ehtiyatları daha böyükdür. İşsizlikdən Sığorta Fodunun ehtiyatları isə daha kiçikdir. Ona görə də aralarında böyük bir məbləğ fərqi var. Paket oalraq hər ikisi hazırdır. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Təqribən 800 milyon manat kapital bazarlarına artıq investisiya edilib. Bu əsasən çox konservativ bir yanaşma ilə aparılır. Əsasən dövlət qiymətli kağızlarına yönəldilib. 5 % məbləğində isə banklara yönəldilib. Mənfəətlilik dərəcəsi isə 8,1 %, 8,2 %, 8,3 % ətrafındadır".
Anar Kəlbiyev