"Son dövrlər Vegi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi, geniş dəyişikliklər edilib.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
"Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub", - deyə Xidmət rəisi bildirib.
Onun sözlərinə görə, əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı şəffaf münasibətlərin qurulması kölgə iqtisadiyyatının miqyasının azaldılması, binzes fəaliyyətinin və gəlirlərinin leqallaşdırılması konteksində atılan addımların da böyük rolu olub.
"Təhlillər göstərir ki, hazırda kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin əhəmiyyətli hissəsinin ağardılması prosesi sürətlənib. Vergi siyasəti mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Biz dövlət iqtisadiyyatının böyüməsində, sahibkarların güclənməsində və dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlıyıq. Mikro sahibkarlıq kiçiyə, kiçik ortaya, orta sahibkarlıq iri sahibkara çevrilərsə, bu, iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra bilər", - O.Nəzərli bildirib.
Anar Kəlbiyev