"Bu gün gənclərin sürətlə şəhərə axını prosesi gedir. Başa düşürük, bu, bütün dünyada belədir. Ali məktəbi bitirən məzunların sonrakı təyinatı məsələsində müəyyən boşluqlar mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib. O bildirib ki, təyinat olmadığından sərhəd bölgələrində ciddi kadr problemi var.
Deputat xatırladıb ki, regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir: “Amma daxil olan müraciətlərə əsasən, deyə bilərəm ki, paytaxtda və rayonlarda çalışan elmi dərəcəsi olan müəllimlərin əməkhaqqısında ciddi fərqlər var. Belə olduqda tanınmış alimlərimizin bölgələrdə işləməyə marağı olmaz. Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqısında kifayət qədər fərq var".
Anar Kəlbiyev