"İnflyasiya hökuməti narahat edən bir məsələdir və bu barədə Prezidentin xüsusi tapşırıqları olub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir:
“İlin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir. Gələn il isə cari ilin nəticələri ilə müqayisədə inflyasiyanın yarıbayarı olması gözlənilir. Burda təxminən söhbət 5,3 %-lik inflyasiyadan gedir. Azərbaycanda inflyasiyanı yaradan faktorların böyük hissəsi xarici faktorlar idi. Hazırda xarici faktorlarda dəyişikliklər baş verir. Bu baxımdan idxal inflyasiyasının enməsi nəticəsində bizdə bu proseslər sabitləşəcək. Dövlət bu təsirlərin yumşaldılması istiqamətində, xüsusən də sosial sahədə bir sıra adaım atıb”.
Anar Kəlbiyev