İsrail ordusu Qəzza zolağının şimalındakı sakinlərə anklavın cənubuna təhlükəsiz şəkildə təxliyəsi üçün yenidən dörd saat vaxt verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə  İsrail ordusunun mətbuat katibi Aviçai Edri "X" sosial şəbəkəsində yazıb. 

"IDF (İsrail ordusu) bu gün səhər saat 10:00-dan 14:00-a qədər ​​Səlahəddin yolunda (Qəzzanın şimalı və cənubu arasında) nəqliyyatın hərəkətinə yenidən icazə verəcək. Əgər özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, o zaman İsrail ordusunun göstərişlərinə əməl edin”, - o, sakinlərinə müraciət edib.