Fransa Livana zirehli texnika təhvil verəcək.
"Unikal" xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib.
“Biz Livan ordusunu patrul fəaliyyətini davam etdirmək üçün vacib olan hərbi texnika, o cümlədən zirehli transportyorlarla gücləndirməyə davam edəcəyik”, - deyə Lekornu bildirib.
Lekornunun sözlərinə görə, İsrail və Hizbullah arasında gərginliyin artması fonunda Livan Milli Ordusunun gücləndirilməsi həyati əhəmiyyət kəsb edir.
"Mövcud çətinliklərə baxmayaraq, Livan ordusuna dəstəyimiz uzunmüddətlidir", - Fransanın müdafiə naziri bildirib.