“Pirallahı Sənaye Parkında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 12,3 milyon manatlıq məhsul istehsal edilib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur”.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki şəxsi hesabında yazıb.
O bildirib ki, Sənaye Parkında indiyədək 42 milyon manatlıq məhsul istehsal olunub.
“Pirallahı Sənaye Parkına indiyədək rezidentlər tərəfindən 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.