Rusiyada yeni növ "pirola" koronavirusuna yoluxma hallarının ilk onluğu qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova məlumat verib. 

"Ölkədə yeni pirola virusuna yoluxma hallarının 10-u müəyyən edilib", - o bildirib.

Popovanın sözlərinə görə, noyabrın 3-dək Rusiyada virusun bu variantı hələ qeydə alınmayıb.

"Yeddi hadisə  Sankt-Peterburqda , üçü isə Moskvadadır  " , - Rospotrebnadzor rəhbəri bildirib. Popova həmyerlilərinə sağlamlıqlarına daha diqqətli olmağı tövsiyə edib və ölkədə “pirola”nın yayılacağını deyib.

Popovanın daha əvvəl bildirdiyi kimi, COVID-19 “pirola”nın yeni variantı infeksiyadan sonra ilk günlərdə yüksək hərarətlə başlayır.