Biz həyata keçirdiyimiz layihələr, o cümlədən TANAP vasitəsilə ölkəmizin və regionun enerji təhlükəsizliyini təmin etmişik.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Astanada keçirilən 16-cı sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti artıb. 

"Qarabağın işğalının başa çatması ilə görürük ki, biz addım-addım regionumuzda sabit sülhə yaxınlaşırıq. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi bu prosesi asanlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin həyata keçirilməsi son dərəcə vacibdir", - o, qeyd edib.