Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi paytaxt Tbilisinin iki məntəqəsində xüsusi əməliyyat keçirib. Nəticədə Gürcüstanın dövlət sərhədi boyunca miqrantların qanunsuz keçirilməsi bu ölkədə qalması üçün lazımi şəraitin yaradılması ilə məşğul olan iki xarici ölkə vətəndaşı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, istintaq tədbirləri nəticəsində müxtəlif növ elektron saxlama vasitələri, hərbi texnika, üz maskaları, səs-küylü tapançalar, xarici dövlətlərin saxta şəxsi sənədləri, partlayıcı maddələr, kustar üsulla hazırlanmış partlayıcı qurğular və üzərində “İslam Dövləti” terror təşkilatının rəmzləri olan bayraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır.
“Terrorla Mübarizə Mərkəzi fəal surətdə istintaq-əməliyyat tədbirlərini davam etdirir”, - deyə, məlumatda bildirilir.