İtaliyanın Toskana regionunda leysan yağışları və daşqınlar nəticəsində 170 nəfər təxliyə edilib.
"Unikal" xəbər verir ki, ölkənin şimal bölgələrində əlverişsiz hava şəraiti davam edir. Toskanada leysan yağışları səbəbindən narıncı xəbərdarlıq elan olunub.
Regionun rəhbəri Eucenio Ciani əhalini maksimum ehtiyatlı olmağa, avtomobillə hərəkət etməməyə, binaların birinci mərtəbələrini boşaltmağa çağırıb.
Baqnolo çayının məcrasından çıxması nəticəsində bəzi kəndlərə sel gəlib, yollar su altında qalıb. Ağacların aşması nəticəsində azı 7 nəfər xəsarət alıb.