Xorvatiyanın baş naziri Andrey Plenkoviç Müdafiə Nazirliyinin rəhbəri Mario Banoçiçi ölümlə nəticələnən yol qəzasına görə vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Index nəşri məlumat yayıb.
Müdafiə naziri vəzifəsini icra etmək səlahiyyəti dövlət katibi Zdravko Yakopoya verilib.
Qeyd edək ki, qəza noyabrın 11-də səhər tezdən baş verib. Prokurorluğun bildirdiyinə görə, Banoziçin maşını dumanda yük maşınını ötərək qarşıdan gələn mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü dünyasını dəyişib.
Qəzadan sonra xəstəxanaya yerləşdirilən Banoziç reanimasiyadadır. Onun kəllə-beyin, döş qəfəsi və ətraflarında xəsarətlər var. Həkimlərin dediyinə görə, o, qəzanı xatırlamır.