İsrail Silahlı Qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü polkovnik-leytenant Conatan Konrikus bildirib.
Onun sözlərinə görə, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün həmin tunellərdən istifadə edirlər. Konrikus qeyd edib ki, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun müəyyənləşdirilməsi üçün işləri davam etdirir.