Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları sabiq milli iqtisadiyyat nazirinin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.