"Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı spiker Sahibə Qafarova deyib.
MM sədri qeyd edib ki, gələn ilin dövlət büdcəsi layihəsi ölkə həyatında müşahidə olunan müsbət meylləri özündə əks etdirir:
"Gələn ilin dövlət büdcəsində bu istiqamətdə nəzərdə tutulan göstəricilərin rekord məbləğdə olması ölkənin iqtisadi potensialının təzahürüdür: “Büdcə müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Gələn ilin büdcəsi sosialyönümlü olmaqla fərqlənir. Belə ki, gələn ilin bu sahədəki rəqəmləri cari illə müqayisədə 1 mlrd 35 mln manat çox olması nəzərdə tutulur”.
Anar Kəlbiyev