"Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafı davam etdirilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunur.
M.Cabbarov qeyd edib ki, qlobal ərzaq bazarlarında qiymətlərin ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlamasına imkan veib:
"Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9 faiz təşkil edib. İqtisadi artımın davam etməsi, şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 milyard manat vergidaxilolmaları təmin edilib".
Anar Kəlbiyev