“10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb: “Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb. Narahatedici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda Mərkəzi Bankın valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verərsə, pul təklifi artıra və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterelizasiya əməliyyatlarının genişlənməsini zəruri edəcək. Bu isə AMB-nin xərclərinin artımı deməkdir".
Anar Kəlbiyev