"Mərkəzi Bankı narahat edən bir məqamı qeyd etmək istərdim. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, biznes kreditlərini aktiv versinlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"İkinci narahat edən məqam odur ki, 30 minədək olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 minədək əmanətlər yerləşdirir. Burada isə fevral ayından azalma müşahidə edirik. Ümidvarıq ki, Vergi Məcəlləsinə verdiyimiz təklif layihəsində təqdim olunan mexanizmlə bu problemi qismən aradan qaldıra bilərik", - deyə AMB sədri bildirib.
Anar Kəlbiyev