2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.
“Unikal” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, ötən ilin oktyabrına nisbətən 103,9 faiz təşkil edib.
2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.