“Bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır. Hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. AMB sədri bildirib ki, bu dövrdə sahibkarların maliyyəyə çıxışı genişləndirilir:
"9 ayda kredit portfelimiz 14 %, biznes kreditləri isə 11 % artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 %-ni təşkil edir. Valyuta kreditlərinin payı 19 %-a enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib. Bank sektoruna və manata inam artıb. Bu ilin 9 ayında milli valyutada əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.
Anar Kəlbiyev