"Azərbaycanın artım tempi dünyanın orta artım tempinin altında formalaşmağa başlayıb. Yəni, yavaşımış iqtisadi artım trayektoriyasına keçib. Hesab edirik ki, Azərbaycanın yetərincə potensialı var ki, yavaşımış iqtisadi artım trayektoriyasından sürətlənmişə keçsin".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, Azərbaycan üçün sağlam artım tempi 5 faizdir:
"Həmin 5%-ə nail olmaq mümkündür. İslahatları dərinləşdirməklə bir sıra istiqamətlərdə ciddi addımların atılmasını vacib hesab edirəm", - deyə Ə.Məsimli qeyd edib.
Anar Kəlbiyev