Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.
ÜDM istehsalının 41,3 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9 938,7 manata bərabər olub.