Macarıstanın paytaxtı Budapeştin Milli Teatrında Romeo və Cülyetta obrazını canlandıran baş aktyorlar tamaşa zamanı eyvandan yıxılıblar.

"Unikal" xəbər verir ki, ağır xəsarət alan aktyorlar xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin stabil olduğu öyrənilib.

İngilis yazıçısı Uilyam Şekspirin “Romeo və Cülyetta” tamaşasında baş rolları canlandıran Julia Szasz və Otto Lajos Horvat tamaşanın ikinci pərdəsində səhnə dekorasiyası funksiyasını yerinə yetirən 3 metr hündürlüyündəki eyvandan yıxılıblar. Hadisədən sonra Milli Teatrın rəhbərliyi araşdırmaya başlayıb. 2013-cü ildən Milli Teatrın direktoru vəzifəsində çalışan Attila Vidnyanski istefa ərizəsini Macarıstanın mədəniyyət naziri Yanoş Çaka təqdim edib.